İraqlı hərbçilər İŞİD terror qruplaşmasının 5 döyüşçüsünü məhv edib.
ONA-nın məlumatına görə, bu barədə “RİA Novosti” İraqın təhlükəsizlik orqanlarının mətbuat xidmətinə istinadən məlumat yayıb.
Bildirilir ki, terrorçular Suriya sərhədindən İraqa keçmək istəyirmiş. Buna görə də ölkənin Suriya sərhədi bu cür insidentlərə yol verilməməsi üçün daima nəzarətdə saxlanılır.