İraq hökuməti İŞİD terrorçularının 188 uşağını Türkiyəyə təhvil verib.
ONA “RİA Novosti”-yə istinadən xəbər verir ki, bu barədə İraqın Ali Məhkəmə Şurasının açıqlamasında deyilir.
Bildirilir ki, onların arasında sərhədi qanunsuz keçdiyinə görə mühakimə olunmuş böyük uşaqlar da var. Açıqlamada qeyd edilir ki, uşaqlar təyyarə ilə Türkiyəyə göndərilib və təhvilvermə İraqın Xarici İşlər Nazirliyinin, Bağdaddakı Türkiyə səfirliyinin, UNİCEF və digər beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə baş tutub.