• DÜNYA

    18:33 19 may 2019

İraq neft naziri əməkdaşlarını ölkədən çıxaran "Exxon Mobil"i tənqid edib

İraq neft naziri Tamer əl-Qadban ABŞ-ın "Exxon Mobil" şirkətinin Bəsrə əyalətindəki "Qərbi Kurna-1" yatağında çalışan əməkdaşlarının evakuasiyasına dair qərarını "qəbuledilməz və əsassız" adlandırıb.

ONA-nın "Alman Dalğası"na istinadən verdiyi məlumata görə, "Exxon Mobil" şirkətinin İraqdan çıxardığı 60-a yaxın əməkdaşı xarici ölkə vətəndaşlarıdır.

İraq neft naziri deyib ki, geri çağırılan əməkdaşların sayı çox olmasa da, İraqın cənubundakı neft yataqlarında təhlükəsizlik və təhdidlə əlaqədar deyil: "Bu qərar siyasi səbəblərdən verilib".

Əl-Qadban bildirib ki, keçən həftə "Exxon Mobil" şirkətinin rəhbərliyi ilə görüşdə həmin əməkdaşların geri qaytarılması üçün xahiş məktubunu təqdim edib.

Qeyd edək ki, "Exxon Mobil" şirkətinin əməkdaşlarından ibarət ilk qrup İraqı mayın 16-da, ikinci qrup mayın 18-də tərk edib. Evakuasiya ABŞ və İran münasibətlərindəki gərginlik fonunda həyata keçirilib. ABŞ artıq İraqda qalması çox vacib olmayan bütün diplomatlarına ölkəni tərk etməyi tövsiyə edib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR