İraq hökuməti Rusiyadan S-400 raket əleyhinə müdafiə sistemləri almaq niyyətindədir.
ONA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə İraqın Rusiyadakı səfiri Heydər Mənsur Hadi İraq-Rusiya hökumətlərarası komissiyanın ötən ay Bağdadda keçirilən görüşünün yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
“Raketdən müdafiə sistemlərinə gəlincə, hökumət qərarə gəlib ki, S-400 sistemi alsın”,- deyə o bildirib.