Suriya və İraq arasındakı sərhədyanı məntəqələr yaxın bir neçə gündə öz fəaliyyətini bərpa edəcək.
ONA TASS-a istinadən xəbər verir ki, bu barədə Dəməşqdə səfərdə olan İraq Silahlı Qüvvələrinin baş qərargahının general-leytenantı Usman əl-Qənmi bildirib.
“İraq və Suriya sərhədinin təhlükəsizliyi çox vacibdir və onun təmin edilməsi İraq Silahlı Qüvvələrinin və Suriya ordusunun öhdəliyindədir”, - deyə U. əl-Qənmi vurğulayıb.
Onun sözlərinə görə, sərhədyanı məntəqənin açılması həmçinin ticarət əlaqələrinin artmasına səbəb olacaq.