Bu gün İrəvanda tikinti materiallarının satış mərkəzində Hindistan vətəndaşının meyiti tapılıb.
ONA-nın “Sputnik Armenia”-ya istinadən verdiyi xəbərə görə, hadisə David Bek küçəsində qeydə alınıb.
Hadisə yerində gələn hüquq-mühafizə orqanlarının əməkdaşları başından çoxlu zərbə almış və yanında metal lom olan gəncin meyitini aşkarlayıb. Qətlə yetirilən şəxsin İrəvanda universitetlərdən birinə təhsil alan hindistanlı tələbə olduğu müəyyənləşib.
Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.