• DÜNYA

    18:16 14 avqust 2022

İrəvanda ticarət mərkəzində partlayış olub, 1 nəfər ölüb, 51 nəfər yaralanıb - YENİLƏNİB-2 - VİDEO

İrəvanda “Surmalu” Ticarət Mərkəzində yanğınla müşayiət olunan partlayış nəticəsində xəsarət alanların sayı 51 nəfərə çatıb, 1 nəfər həyatını itirib.

ONA-nın xəbərinə görə, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Ölən şəxs 40-45 yaşlı kişidir. Hələlik onun şəxsiyyəti müəyyənləşdirilməyib.

***

saat 15.08

İrəvanda "Surmalu" Ticarət Mərkəzində baş verən partlayış və yanğın nəticəsində ticarət mərkəzi ərazisindəki binalardan biri çöküb.

ONA-nın “armeniasputnik.am” saytına istinadən verdiyi məlumata görə, şahidlər dağıntılar altında insanların qaldığını bildiriblər.

İlkin versiyaya görə, pirotexnik malların yerləşdiyi mağazanın olduğu bina çöküb.

Ermənistan Fövqəladə Hallar Nazirliyi ticarət mərkəzində partlayış nəticəsində 1 nəfərin öldüyünü, 20 nəfərin yaralandığını açıqlayıb.

***

saat 14.20

Bu gün yerli vaxtla saat 13.23 radələrində İrəvanda "Surmalu" Ticarət Mərkəzində yanğınla müşayiət olunan partlayış baş verib.

ONA-nın xəbərinə görə, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hadisə yerinə 8 yanğınsöndürmə briqadası göndərilib.

İlkin məlumata görə, xəsarət alanlar var.

ONA

Teqlər:

SON XƏBƏRLƏR