• DÜNYA

    10:48 9 mart 2019

İrəvan sakini meriya önündə avtomobilini yandırmaq istəyib

Ermənistanın paytaxtı İrəvanda vətəndaş etiraz əlaməti olaraq meriya binasının pilləkənində avtomobilinə od vurmağa çalışıb.

ONA News.am-a istinadən xəbər verir ki, “Niva” markalı avtomobil meriyanın əsas girişinə pilləkənlə daxil olaraq uzun müddət qapıda dayanıb.

Bildirilir ki, sürücü avtomobilinə benzin töküb yandırmağa cəhd etsə də, polis ona mane olub.

Qeyd edək ki, insidentin səbəbi meriyanın onun mağazasını sökmək qərarı olub.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR