• DÜNYA

    05:48 27 aprel 2019

İŞİD-in Rakkada avtomobili partlatması nəticəsində 10 nəfər ölüb

Suriyanın Rakka şəhərində İŞİD terror qruplaşmasının üzvləri tərəfindən minalanmış avtomobilin partladılması nəticəsində azı 10 suriyalı kürd döyüşçü ölüb.

ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

Bildirilir ki, hadisə “Suriya Demokratik Qüvvələri” alyansına məxsus kazarmanın qarşısında baş verib.

Telekanalın məlumatına görə, İŞİD silahlıları martın sonlarında Əl-Baquz yaşayış məntəqəsində kürdlər tərəfindən məğlub olmalarına baxmayaraq, Suriya çöllüklərində silahlanaraq yenidən hücumlarını davam etdirirlər. Onlar, həmçinin Suriya ordu qüvvələrinə qarşı da yollarda pusqular qururlar.

ONA

Teqlər:

SON XƏBƏRLƏR