İŞİD Şri-Lankada 321 nəfərin ölümü ilə nəticələnən terror hücumlarına görə məsuliyyəti öz üzərinə götürüb.
ONA “The İndependent”ə istinadən xəbər verir ki, bu barədə İŞİD-in təbliğat agentliyi “Amaq” öz açıqlamasında qeyd edib.
Bildirilir ki, hücumların hədəfi koalisiya ölkələrinin vətəndaşları və Şri-Lankadakı xristianlardır.