ABŞ İranın İslam İnqilabı Keşikçiləri Korpusunu xarici terror təşkilatlarının siyahısına daxil etməyə hazırlaşır.
ONA-nın xəbərinə görə, bu barədə cümə günü The Wall Street Journal qəzeti ABŞ prezident administrasiyasına ustinadən məlumat yayıb.
Qərarın aprelin 8-də elan olunması gözlənilir.
Qeyd edək ki, indiyə kimi ABŞ heç bir ölkənin rəsmi qurumunu adı çəkilən siyahıya daxil etməyib və bu addım presedent yarada bilər.