Özbəkistanın mərhum prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanı ABŞ-da çirkli pulların yuyulması, habelə 865 milyon dollar məbləğində rüşvət almaqda ittiham edirlər.
ONA-nın məlumatına görə, bu barədə RİA Novosti agentliyinə Nyu-Yorkun Cənub Dairəsi Prokurorluğundan bildirilib.
Qeyd olunur ki, onun barəsində cinayət işi başlanıb.
Prokurorluqda deyiblər ki, xaricilərlə əlaqəli korrupsiya qalmaqalları arasında bu, ən böyük hadisədir.
İşin digər detalları hələlik açıqlanmır.