• DÜNYA

    09:32 19 mart 2023

İsmayıllıda avtomobil aşıb, iki azyaşlı xəsarət alıb

Dünən gecə saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun İsmayıllıdan keçən hissəsində avtomobil qəzası baş verib.

APA-nin Şirvan bürosu xəbər verir ki, hadisə İsmayıllı rayonunun Buynuz kənd ərazisində baş verib.

Hadisə nəticəsində Oğuz rayon Padar kənd sakini 1995-ci il təvəllüdlü Qədirli Cavad Qədir oğlunun idarə etdiyi “Opel” markalı avtomobil aşıb. Avtomobildə olan ailə üzvlərindən 2018-ci il təvəllüdlü Qədirli Arda Cavad oğlu və 2021-ci il təvəllüdlü Qədirli Adəm Cavad oğlu İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. İlk yardım göstərilən azyaşlıların vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR