Rəsmi Madrid müxalif “Xalqın iradəsi” partiyasının lideri Leopoldo Lopesi Venesuelaya təhvil vermək fikrində deyil. Bildirilir ki, ev dustaqlığından qaçan Lopes hazırda Karakasdakı İspaniya səfirliyinə sığınıb.
ONA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, İspaniya hökuməti səfirin iqamətgahının toxunulmazlığına Venesuela tərəfinin də hörmətlə yanaşacağına inanır.
Buna qədər Venesuela məhkəməsi Lopesin həbsinə dair qərar verib.
Qeyd edək ki, L.Lopes 2015-ci ildə toqquşmalarla və ölüm halları ilə yadda qalan hökumət əleyhinə nümayişlərin təşkilində təqsirli bilinərək, 13 il 9 ay müddətinə həbs cəzası almışdı. 2017-ci ildə isə o, ev dustaqlığına buraxılmışdı.