• DÜNYA

    00:44 13 may 2019

İspaniyada 12 avtomobilin toqquşduğu qəzada azı 25 nəfər xəsarət alıb

İspaniyanın şimal-şərqində 12 avtomobilin iştirakı ilə baş vermiş yol qəzası nəticəsində azı 25 nəfər xəsarət alıb.

ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə “El Periodico” qəzeti məlumat yayıb.

Məlumata görə, yol qəzası Kataloniyanın San-Sadurni-d’Anoyya yaşayış məntəqəsində qeydə alınıb. Yaralılardan 8 nəfərinə yerindəcə tibbi yardım göstərilib. Digərləri isə xəstəxanaya yerləşdirilib. Hadisədən sonra yolda 15 kilometr uzunluğunda tıxac da yaranıb.

Qəzanın səbəbləri araşdırılır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR