• DÜNYA

    19:26 26 may 2019

İspaniyada yerli hakimiyyət orqanlarına və regional parlamentlərə seçkilər keçirilir

Bu gün İspaniyada Avropa Parlamentinə seçkilərlə paralel yerli hakimiyyət orqanlarına və 17 vilayətdən 13-nün regional parlamentinə seçkilər keçirilir.

ONA-nın "Alman dalğası"na istinadən verdiyi məlumata görə, bu seçkilər hazırda baş katibi baş nazir postunu tutan və yeni hökumət formalaşdırmaq üçün danışıqlar aparan İspaniya Sosialist Partiyasına dəstəyin hansı səviyyədə olması baxımından "lakmus kağızı" sayılır.

Sosioloji sorğulara əsasən, sosialistlər səsvermə keçirilən regionlarda liderlik edir.

Qeyd edək ki, bu il aprelin sonlarında İspaniyada keçirilən növbədənkənar parlament seçkilərində Sosialist Partiyası daha çox səs toplasa da, parlamentdə yerlərin mütləq əksəriyyətini qazana bilməyib. Sosialist Partiyası hökuməti formalaşdırmaq üçün sol populist "Biz Bacararıq" Partiyası ilə koalisiya yarada bilər.

Sosioloji sorğular Avropa Parlamentinə seçkilərdə də İspaniya Sosialist Partiyasının qalib gələcəyini göstərir. Bu baxımdan İspaniya sosial-demokratların Avropa Parlamentində yerlərin əksəriyyətini qazanan yeganə Avropa İttifaqın ölkəsi ola bilər.

ONA

Teqlər:

SON XƏBƏRLƏR