• DÜNYA

    02:36 27 mart 2019

İspanyada Şimali Koreya səfirliyinə hücum edənlərə həbs kəsilib

İspanya Milii məhkəməsinin hakimi Xose de la Mata Madriddə Şimali Koreya səfirliyinə hücumda şübhələnən 2 nəfərin həbsinə beynəlxalq order verib.

ONA-nın RİA Novosti-yə istinadən xəbərinə görə, orderlər hücum qrupunun lideri, Meksika vətəndaşı Adrian Xon Çanın və ABŞ vətəndaşı Sama Lyunun adına verilib.

Hakim onları 6 cinayətdə, o cümlədən zor tətbiq etməkdə, qanunsuz saxlanılmada, hədə qorxu gəlməkdə və digər qanun pozuntularında ittiham edib.

İspan hakiminin məlumatına görə, hücumda iştirak edən 10 nəfərin hamısı hazırda ölkə xaricindədir.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR