İsrail hakimiyyəti Colan təpələrində ABŞ prezidenti Donald Trpamın adını daşıyacaq qəsəbənin tikiləcəyi yeri seçib.
ONA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bunu b gün hökumətin iclasında baş nazir Binyamin Netenyahu bəyan edib.
İsrail bununla bir müddət əvvəl Colan təpələrini İsrail torpaqlarının bir parçası kimi tanıyan D. Trampa təşəkkürünü ifadə edir. B. Netenyahu deyib ki, ABŞ prezidentinin şərəfinə qəsəbə tikəcəklərinə söz verib: "Mən artıq Colanda yeni qəsəbənin tikiləcəyi yeri müəyyənləşdirdiyimizi açıqlamaq istəyirəm. Yeni yaşayış qəsəbəsinin tikilməsi barədə qərar apreldə keçirilmiş parlament seçkilərindən sonra yeni formalaşdırılacaq Nazirlər Kabinetinin gündəliyinə daxil ediləcək".
Qeyd edək ki, İsrail 1967-ci ildə Suriya ilə 6 günlük müharibə zamanı Colan təpələrini işğal edib.