İsrail hərbçiləri İordan çayının qərb sahilində iki yəhudini öldürməkdə təqsirli bilinən fələstinlini zərərsizləşdirib.
ONA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İsrailin sərhəd polisi məlumat verib.
Məlumatda qeyd olunur ki, öldürülən Omar Əbu-Lila Ramallah şəhərindən şimalda yerləşən bir kənddə mühasirəyə alınıb və qarşılıqlı döyüş zamanı öldürülüb.
Əbu-Lila bazar günü bıçaqla 19 yaşlı İsrail əsgərini, onun silahı ilə də 12 uşaq atası olan bir ravvini öldürüb.