• DÜNYA

    10:17 28 noyabr 2021

İsrail koronavirusun “Omikron” variantıyla əlaqədar sərhədlərini bağlayıb, məhdudiyyətlər tətbiq edib 

İsrail hökuməti ölkədə koronavirusun “Omikron” variantının yayılmasının qarşısını almaq üçün əksər ölkələrin vətəndaşları üçün sərhədlərini müvəqqəti bağlayıb, bir sıra məhdudiyyətlər tətbiq edib.
ONA-nın “Jerusalem Post” qəzetinə istinadən verdiyi xəbərə görə, İsrail hökuməti bu barədə dünən axşam məlumat yayıb.
Məhdudiyyətlər bu gündən qüvvəyə minir.
Qeyd edək ki, hazırda İsraildə koronavirusun “Omikron” variantına bir nəfərin yoluxduğu təsdiqlənib, 7 nəfər isə testin nəticəsini gözləyir.
Yeni qaydalara əsasən, İsrailə gələn istənilən xarici ölkə vətəndaşı, o cümlədən peyvənd olunanlar 3 gün karantində qalacaq. Ölkəyə gələnlər aeroportda test verəcəklər. Əgər İsrailə səfərdən sonra üçüncü gün testin nəticəsi neqativ çıxarsa, həmin əcnəbilərə karantindən çıxmağa icazə veriləcək. Xaricdən gələn və peyvənd olunmayan İsrail vətəndaşları üçün karantin müddəti 7 gün olacaq. Əcnəbilər karantin müddətində xüsusi oteldə qalmalıdırlar.
Xatırladaq ki, İsrail hökuməti bundan əvvəl koronavirusun “Omikron” variantının yayıldığı bir sıra Afrika ölkələrindən ölkəyə səfərlərə məhdudiyyət qoymuşdu.

ONA

Teqlər:

SON XƏBƏRLƏR