Suriya ordusunun havadanmüdafiə qüvvələri Hələb hava limanı ətrafında hava hücumlarının qarşısını alıb.
ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə “SANA” agentliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, hava zərbələri İsrail hərbçiləri tərəfindən atılıb. Havadanmüdafiə qüvvələri şəhər səmasında bir neçə hədəfi məhv edib.
Şəhərdə həyəcan siqnalı verilib. Hücumlar nəticəsində Hələb şəhərində elektrik enerjisi dayanıb.