• DÜNYA

    08:58 2 may 2019

İsrail ordusu Həmas qruplaşmasına cavab olaraq hava zərbələri endirib

İsrail ordusu Qəzza bölgəsinə atılan partlayıcı maddələr doldurulmuş balonlara cavab olaraq Həmas qruplaşmasını mövqelərinə hava zərbələri endirib.

ONA TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı İsrail Müdafiə Nazirliyinin Twitter səhifəsində yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, İsrail əsgərləri cavab addım olaraq Qəzza zolağındakı radikal Hamas təşkilatına qarşı havadan tutarlı cavab verib: “Ardı-arası kəsilməyən qəzəbləndirici “balon” zərbələrinə cavab olaraq İsrail Hava Qüvvələri Qəzza zolağındakı Həmas hədəfilərinə hücum edib"

Məlumata görə, hələ 2018-ci ilin mart ayında Qəzzada başlayan kütləvi nümayişlər zamanı Həmas üzvləri yəhudi dövlətinə havada “yanan obyektlər” buraxmağa başlayıb. Bu il aprel ayının sonlarında İsrail müdafiə qüvvələri Qəzza sərhədlərində “yanan obyektlər”in atıldığı ərazilərin aşkar edilməsi və həmin xüsusi qurğuların məhv edilməsi məqsədilə hərəkətə keçib.

Bildirilir ki, İsrail qarşı tərəfin bu addımını terror hesab edir. Atəşlərdən yaralanan və ölənlərin olmadığı bildirilsə də, lakin milyonlarla dollar ziyan vurduğu ifadə edilir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR