İsrail Hərbi Hava Qüvvələri ötən gecə Qəzza zolağında HƏMAS-ın silah istehsalı sexinə və Qəzzanın cənubunda silahlıların istifadə etdiyi tunelə zərbə endirib.
ONA-nın xəbərinə görə, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, ötən şənbə gecə Qəzza zolağından İsrail ərazisinə buraxılan raketə cavab olaraq İsrail qırıcıları ötən axşam HƏMAS-a məxsus silah istehsalı sexinə və tunelə zərbə endirib.