İsrail tankları "Həmas"ın mövqelərinə zərbələr endirib
  • DÜNYA

  • 08:13 31 Mart 2019

İsrail tankları "Həmas"ın mövqelərinə zərbələr endirib

İsrail tankları Qəzza bölgəsindən atılan raket zərbələrinə cavab olaraq, Fələstinin “Həmas” təşkilatının bir neçə döyüş postlarına zərbələr endirib.

ONA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Zərbələr nəticəsində ölənlər və yaralananların olub-olmaması barədə məlumat verilmir.

Bundan əvvəl İsrail hərbçiləri Qəzza bölgəsindən 5 raketin atıldığı barədə xəbər vermişdi.

Sərxan Kamallı

Teqlər: İsrail Fələstin Qəzza Həmas

OXŞAR XƏBƏRLƏR