İsraildə növbəti dəfə koronavirus pandemiyası ilə əlaqədar tələbləri yumşaldılır.
ONA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, İsrail hökuməti aeroportlarda PCR testi götürülməsi ilə bağlı tələbi ləğv edir.
Mayın 20-dən İsrail aeroportlarında sərnişinlərdən PCR testi götürülməsi dayandırılacaq.
Bununla belə, mayın 10-dan İsrailə səfər etmək istəyən əcnəbilər səfərə 1 gün qalmış laboratoriyada antigen testindən keçməli və testinin mənfi nəticəsini təqdim etməlidirlər.