İsrailin baş naziri Binyamin Netanyahu Rusiyaya səfərə gəlib.
ONA-nın TASS-a istinadən xəbərinə görə, İsrail hökumətinin başçısının təyyarəsi artıq Moskvanın “Vnukovo-2” hava limanına enib.
Kremlin mətbuat xidmətindən bildirilib ki, səfər çərçivəsində Netanyahu Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Görüşdə ikitərəfli münasibətlər və regiondakı, o cümlədən Suriyadakı vəziyyət müzakirə olunacaq.