İsrail hərbi hava qüvvələrinin Qəzza bölgəsinə endirdiyi raket zərbələri nəticəsində bir hamilə qadın və uşaq ölüb.
ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Qəzzanın cənubuna endirilmiş zərbələr nəticəsində ölənlər 34 yaşlı yerli qadın və onun 1 yaşlı qızıdır. Bundan qabaq isə bir yeniyetmə fələstinlinin ölümü barədə də məlumat yayılmışdı. Qurum hava zərbələri nəticəsində bir neçə nəfərin də yaralandığını açıqlayıb.
Qeyd edək ki, İsrail hərbçiləri Qəzza bölgəsindən atılmış raket zərbələrinə cavab olaraq təxminən 120 hərbi hədəfləri məhv edib. İsrail ordusunun mətbuat xidmətinin yaydığı məlumata görə, şənbə günü Qəzza bölgəsindən azı 200 raket atılıb ki, nəticədə iki yəhudi yaralanıb.