İstanbulun Büyükçekmece rayonunda dar küçədə avtoxuliqan 7 şagirdi vurub.
ONA-nın Türkiyə bürosunun məlumatına görə, dar küçədə avtomobilinin təkərlərinin sürüşdüyünü iddia edən sürücü 5-i qız, ikisi oğlan olmaqla 7 şagirdi divara sıxışdıraraq əzib.
Hadisədən sonra şagirdlər təcili yardım maşını ilə xəstəxanaya çatdırılıblar, hazırda həyati təhlükələri yoxdur.
Sürücü saxlanılıb.