• DÜNYA

    17:08 16 aprel 2019

AKP İstanbulda seçkinin nəticələrinin ləğvi üçün rəsmi müraciət edib

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) İstanbulda keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinin ləğvi və yenidən keçirilməsi tələbi ilə bağlı Ali Seçki Qurumuna (YSK) etiraz hazırlayıb.

ONA yerli KİV-ə istinadən xəbər verir ki, AKP sədrinin müavini Ali İhsan Yavuz bu barədə “Twitter” hesabında yazıb. Yavuz artıq etiraz məktubunu YSK-ya təqdim edib.

Qeyd edək ki, martın 31-də Türkiyədə bələdiyyə seçkisi keçirilib. İstanbul Böyük Şəhər Bələdiyyəsi sədrliyi uğrunda ən çox səsi Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu və hakim AKP namizədi Binəli Yıldırım toplayıb. Ali Seçki Qurumu (YSK) Əkrəm İmamoğlunun 26 min səs fərqi ilə qalib gəldiyini açıqladıqdan sonra AKP seçkinin nəticələrinə etiraz edib və bir çox rayonda səslər yenidən sayılıb. İndiyədək səslərin sayılması davam edir və hazırda səs fərqi 12 min nəfərədək düşüb.

Bir neçə gün əvvəl AKP seçkinin nəticəsinin ləğv ilə bağlı fövqəladə hüququndan istifadə edəcəyini bəyan edib.

Xatırladaq ki, paytaxt Ankara və ölkənin üçüncü ən böyük şəhəri olan İzmirdə də CHP-nin namizədləri qalib gəlib. Mansur Yavaş Ankara, Mustafa Tunç Soyer İzmirin bələdiyyə sədrləri olub.

Gülşən

Teqlər:

SON XƏBƏRLƏR