• DÜNYA

    14:02 13 may 2019

İsveç Culian Assanja qarşı cinayət işini bərpa edib

İsveç prokurorluğu cinsi xarakterli cinayətlərdə ittiham edilən “WikiLeaks”in yaradıcısı Culian Assanjla bağlı cinayət işini bərpa edib.

ONA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə baş vilayət prokurorunun müavini Yeva-Mariya Persson deyib.

O bildirib ki, cinayət işinin bağlanması ilə bağlı qərar C.Assanjın məhkəmə prosesində iştirak etməməsi ilə əlaqədar verilib. Onun sözlərinə görə, İsveç C.Asanjın ekstradisiyası ilə bağlı Britaniya hökumətinə müraciət edəcək: “Biz ümid edirik ki, Britaniya hökuməti avqustda cinayət işinin müddəti bitənə kimi ekstradisiya ilə bağlı qərar verəcək”.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR