İsveçin NATO-ya üzvlük danışıqlarındakı nümayəndəsi Oskar Stenström krallığın müraciətinin ratifikasiyası ilə bağlı Türkiyə ilə dialoqdakı fasilənin nə qədər davam edəcəyini bilmir.
APA xəbər verir ki, o, bu barədə bazar günü İsveç radiosuna müsahibəsində bildirib.
“Ümid edirəm ki, hər halda gələn həftə həmkarımla telefonla əlaqə saxlayacam, lakin nə vaxt görüşəcəyimiz bəlli deyil”- deyə, o bildirib.