İsveçdə Rusiya üçün casusluqda şübhəli bilinən şəxsi saxlayıb.
ONA xəbər verir ki, bu barədə İsveçin Təhlükəsizlik Polisi məlumat yayıb. Polisin məlumatına əsasən, həmin şəxs 2017-ci ildən kəşfiyyat fəaliyyəti ilə məşğuldur. O, İsveçdə yüksək texnologiyalar sahəsində çalışır. Rusiyanın İsveçdəki Səfirliyi hadisə ilə bağlı şərh verməyib.
Hazırda araşdırmalar davam etdirilir.