• DÜNYA

    08:47 29 mart 2019

İtaliyada oğruları öldürməyə icazə verilib

İtaliya parlamentinin Senatı oğrulardan özünü müdafiəni asanlaşdıran qanun qəbul edib.

ONA-nın TASS-a istinadən yaydığı xəbərinə görə, qanun layihəsi böyük səs çoxluğu ilə qəbul olunub.

Sənəddə evə basqın etmiş oğrulara qarşı silahdan istifadə edən vətəndaşlara bəraət qazandırmaq nəzərdə tutulub.

İtaliya daxili işlər naziri Matteo Salvinin fikrincə, qanun vicdanlı vətəndaşlara öz hüquqlarını qorumaqda kömək edəcək.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR