İtaliyada turistlərin olduğu avtobus qəzaya düşüb.
ONA-nın "Nastoyaşeye Vremya" saytına istinadən verdiyi xəbərə görə, Sienadan Florensiyaya gedən və içərisində 50 nəfər turistin olduğu avtobus Monterriqoni şəhəri yaxınlığında qəzaya uğrayıb.
Qəza nəticəsində bir nəfər həlak olub, 15 nəfər yaralanıb. Yaralılar Sienada xəstəxanaya yerləşdirilib, onlardan dördünün vəziyyətinin ağır olduğu bildirilir. Turistlər Rusiya, Gürcüstan, Qazaxıstan və Ermənistan vətəndaşlarıdır.
Rusiyanın İtaliyadakı səfirliyi faktı təsdiqləyib.
Qəzaya uğramış avtobusun Rusiya və MDB ölkələrindən İtaliyaya turlar təşkil edən "Europe Voyage" şirkətinə məxsus olduğu bildirilir.