Silvio Berluskoni Avropa Parlamentinə üzv seçilib
  • DÜNYA

  • 16:47 27 May 2019

Silvio Berluskoni Avropa Parlamentinə üzv seçilib

İtaliyanın sabiq baş naziri Silvio Berluskoni Avropa Parlamentinə üzv seçilib.

ONA "Argumenti i Faktı"-ya istinadən xəbər verir ki, bu barədə "La Republica" xəbər yayıb.

Məlumata görə, onun "İrəli İtaliya" (Forza İtalia) partiyası Avropa Parlamentinə daxil olmaq üçün 4 faizlik səs baryerini keçərək  8,78 faiz səs toplayıb.

Qeyd edək ki, Silvio Berluskoni 1999-2001-ci illərdə Avropa Parlamentində təmsil olunub. 

OXŞAR XƏBƏRLƏR