• DÜNYA

    11:12 9 aprel 2019

İyunun 9-da Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçiriləcək

Qazaxıstanda növbədənkənar prezident seçkiləri iyunun 9-da keçiriləcək. ONA-nın məlumatına görə, bu sözləri ölkə prezidenti Kasım-Comart Tokayev yerli kanallarla yayımlanan müraciətində deyib. O, növbədənkənar seçkiləri keçmiş prezident Nursultan Nazarbayevlə müzakirə etdiyini bildirib.

Qeyd edək ki, Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev martın 20-də istefa verib və yeni ölkə başçısı parlamentin yuxarı palatasını sədri K.C.Tokayev olub. Ölkədə prezidentin səlahiyyət müddəti 2020-ci ildə bitir.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR