• DÜNYA

    00:05 12 dekabr 2020

İranın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb

İranın Ankaradakı səfiri Məhəmməd Ferazmend Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Anadolu Xəbər Agentliyi məlumat yayıb.

Türkiyə XİN-ə çağırılan səfir Ferazmendə bildirilib ki, İran XİN rəhbəri Cavad Zərifin “Twitter” hesabında Türkiyə Prezidentinin ünvanına yazdığı əsassız ittiham İran və Türkiyə arasındakı münasibətlərə xələl gətirib. Bu, İran və Türkiyə arasındakı əlaqələri pozmaq istəyənlərə fürsət vermək deməkdir və qəbuledilməzdir.

Qeyd edək ki, bu gün Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğanın Bakı səfəri zamanı səsləndirdiyi şerə İran XİN-də siyasi xarakter verildiyi üçün, Türkiyənin Tehrandakı səfiri XİN-ə çağırılaraq Türkiyədən bu barədə izahat tələb olunub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR