"Avropa İttifaqı və ABŞ arasındakı ticarət əlaqələri məsələsində Donald Trampa güvənə bilərik".
ONA-nın xəbərinə görə, bunu Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker mətbuat konfransında deyib.
O bildirib ki, onun D.Trampla 2018-ci ilin iyulunda Vaşinqtonda baş tutan görüşündən bu günədək Transatlantik ticarət münasibətlərində heç bir dəyişiklik yoxdur.
“Mənim komandam Tramp administrasiyası ilə gündəlik əlaqə saxlayır və düşünürəm ki, ABŞ və Avropa arasındakı ticarət əlaqələri məsələsində ABŞ prezidentinə güvənə bilərik,” – deyə Avropa Komissiyasının prezidenti qeyd edib.