• DÜNYA

    06:01 16 avqust 2019

Jirinovski dördgünlük iş həftəsinin tətbiq olunmasının mümkünlüyünü bildirib

Rusiyalı siyasətçi, LDP lideri Vladimir Jirinovski Rusiyada dördgünlük iş həftəsinin tətbiq olunmasının mümkünlüyünü qeyd edib.


APA Rusiya KİV-ə istinadən xəbər verir ki, partiya sədri instaqram səhifəsində qeyd edib ki, bu, sentyabrın 1-dən qüvvəyə minməlidir.

O, əlavə edib ki, dördgünlük iş həftəsi ideyası ilk dəfə Liberal Demokrat Partiyası tərəfindən səsləndirilib: "Bir neçə il əvvəl ilk dəfə mən Rusiya sakinlərinin üç gün istirahətə ehtiyacı olduğunu israr etmişdim”.

Jirinovski fikrini belə əsaslandırıb ki, üç gün istirahət Rusiya vətəndaşlarının sağlamlığına müsbət təsir edəcək, həm də işlərinin səmərəliliyini artıracaq.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR