Kabildə partlayış nəticəsində 5 nəfər ölüb, 50 nəfər yaralanıb
  • DÜNYA

  • 05:48 03 Sentyabr 2019

Kabildə partlayış nəticəsində 5 nəfər ölüb, 50 nəfər yaralanıb


Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış nəticəsində ən az 5 nəfər ölüb, 50 nəfər yaralanıb.


APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə TOLOnews telekanalı yerli mənbələrə istinadən məlumat yayıb.

Əfqanıstan Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, Qurbanların və xəsarət alanların sayının arması istisna edilmir. 

Partlayış hökumət binalarının və xarici diplomatik nümayəndəliklərin yerləşdiyi ərazidə - “Green Village” (Yaşıl Kənd) kompleksinin yaxınlığında PD9-un Kabil bölgəsində baş verib. 

Yerli polisin məlumatına görə, partlayıcı maddələrlə dolu bir avtomobil yola düşüb. Bundan sonra yaxınlıqdakı yanacaq anbarında yanğın baş verib. Bir neçə evə ziyan dəyib.

Taliban radikal Əfqan hərəkatı partlayışa görə məsuliyyəti öz üzərinə götürüb. Hadisədən sonra ərazidə atışma səsləri eşidilib.

Rəşad Sarıyev

Teqlər:

OXŞAR XƏBƏRLƏR