Kabildə toyda partlayış zamanı 63 nəfər ölüb, 180 nəfər yaralanıb - [color=red]YENİLƏNİB-1[/color]
  • DÜNYA

  • 08:09 18 Avqust 2019

Kabildə toyda partlayış zamanı 63 nəfər ölüb, 180 nəfər yaralanıb - YENİLƏNİB-1

 

Əfqanıstan Daxili İşlər Nazirliyinin rəsmi məlumatında bildirilib ki, Kabildə toy mərasimində baş verən partlayış nəticəsində ölənlərin sayı 63 nəfərə çatıb, 180-dən çox adam yaralanıb.

APA "RİA Novostiy"ə istinadla xəbər verir ki, daha əvvəl ölənlərinin sayının 40 nəfər, yaralıların sayının isə yüzdən çox olduğu bildirilirdi.

****

07:26

 

Kabilin qərbində toy m'rasimi zamanı baş verən partlayış nəticəsində ən az 40 nəfər ölüb, yüzdən çox insan yaralanıb.

APA xəbər verir ki, bu barədə rəsmi mənbələrə əsasən "Tolo News" məlumat yayıb.

*****

03:25

 

Əfqanıstanın paytaxtı Kabil şəhərində şənbə günü toy mərasimi zamanı partlayış baş verib.

APA-nın “Reuters”ə istinadla verdiyi xəbərə görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, hadisə nəticəsində çox sayda insane yaralanıb. Ölənlərin oduğu istisna edilməsə də, onların sayı barədə dəqiq məlumat verilməyib.

Toyun keçirildiyi binada yüzə yaxın iştirakçı olduğu bildirilir.

Rəşad Sarıyev

Teqlər:

OXŞAR XƏBƏRLƏR