• DÜNYA

    07:14 9 sentyabr 2020

Kaliforniyada meşə yanğınları 3959 evi yararsız hala salıb, 14 nəfər tüstüdən zəhərlənib

ABŞ-ın Kaliforniya ştatının mərkəzində baş vermiş meşə yanğının söndürülməsi zamanı yanğınsöndürənlər də daxil olmaqla 14 nəfər tüstüdən zəhərlənib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Meşə Təsərrüfatı Xidməti məlumat yayıb.

Bildirilib ki, xəsarət alanlardan 3 nəfəri helikopterlə Fresno şəhərindəki xəstəxanaya çatdırılıb. Bir nəfərin vəziyyəti kritik olaraq qiymətləndirilir.

Milli Qvardiya tərəfindən 150-dən çox insan xilas olunub. Mümkün qədər çox adamın ərazidən çıxarılması üçün əlavə helikopterlər cəlb edilib.

Yanğının Kaliforniyadakı meşə ərazilərinin, təxminən, 930,7 min hektarını əhatə etdiyi bildirilir. “AP” xəbər portalının məlumatına görə, bu rəqəm ştat tarixində rekord göstəricidir.

Yanğın 3959 evi və binanı yarasız hala salıb. Təbii fəlakət qurbanlarının sayı dəyişməyib - 8 nəfərdir.

Yanğınla əlaqədar olaraq Los Ancelesdə temperatur 49.4 dərəcə selsiyə çatıb. ABŞ Milli Meteoroloji Xidmətin məlumatına görə, bu, şəhərdə qeydə alınan rekord göstəricidir.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR