• DÜNYA

    06:35 23 aprel 2019

Kanadada 2500-dən çox ev sel suları altında qalıb

Kanadanın şərqi Kvebek və Nyu-Bransuik əyalətlərində yaz mövsümü ilə əlaqədar çayların daşması nəticəsində 2500-dən çox ev sel sularının altında qalıb.

ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, daşqınlar nəticəsində təxminən 1700 insan öz evlərini tərk etmək məcburiyyətində qalıb.

Kvebek əyalətinin Laval şəhərinin böyük hissəsi hazırda sel sularına təslim olub. Xilasedicilər, həmçinin 1500 evi batmaqdan və dağılmaqdan qoruya bilib.

Ərazidə xilasetmə işlərinə Kanadanın Milli Müdafiə Nazirliyinin 700-dən çox hərbi qulluqçusu cəlb olunub. Əyalətlərə xüsusi hərbi texnika da göndərilib. Daşqından zərərçəkən şəxslərin köməyinə xeyriyyə təşkilatları da qoşulub. Sel səbəbindən polis 35 avtomobil yolunu bağlayıb.

Hazırda daşqınlar nəticəsində bir qadının avtomobilində boğularaq dünyasını dəyişdiyi barədə məlumat var.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR