• DÜNYA

    08:12 28 dekabr 2020

Kanadada artıq 3-cü şəxsdə koronavirusun "Britaniya" variantı aşkarlanıb

"Artıq 3-cü şəxsdir ki, COVID-19-un “Britaniya” variantı aşkarlanıb. Həmin şəxs bu yaxınlarda Britaniyadan gəlib”.

APA xəbər verir ki, bu barədə Kanadanın Ontario ştatının rəsmi internet saytında bildirilib.

Ottava Səhiyyə Departamentindən bildirilib ki, koronavirusun mutasiya etmiş yeni variantına yolan şəxs hazırda özünü təcrid rejimindədir.

Ontario səlahiyyətliləri, sözügedən infeksiyaya yoluxmuş şəxsin ölkəyə necə daxil olduğunu və onun kimlərlə təmasda qurduğunu araşdırır.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR