• DÜNYA

    04:11 29 noyabr 2019

Kanadada kiçik təyyarənin qəzaya uğraması nəticəsində 7 nəfər ölüb

Kanadanın Kinqston şəhəri yaxınlığında kiçikhəcmli “Piper PA-32” tipli təyyarənin qəzaya uğraması nəticəsində 7 nəfər ölüb.

APA “TASS” agentliyinə ist9inadən xəbər verir ki, bu barədə “CTV telekanalı” məlumat yayıb.

Hadisə şəhər hava limanından təxminən 5-7 km məsafədə yerləşən bir ərazidə baş verib. Polisin məlumatına görə, təyyarənin göyərtəsində üçü uşaq olmaqla yeddi nəfər var imiş. Onların hamısı hamısı həyatını itirib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR