• DÜNYA

    03:43 24 iyun 2019

Kanadada yanğınsöndürən təyyarə qəza enişi edib

Kanadanın Alberta əyalətində “Lockheed L-188A Electra” yanğınsöndürən təyyarəsi qəza enişi edib.

ONA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə "Global News” telekanalı məlumat yayıb.

Bildirilir ki, insident Red-Dir şəhər aeroportunda baş verib. Eniş zamanı təyyarənin ön şassisi tam açılmayıb. Təyyarədə həmin vaxt 4 nəfərin olduğu deyilir, onların arasında xəsarət alan olmayıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR