• DÜNYA

    06:09 7 yanvar 2021

Kapitoliya binası Trampın tərəfdarlarından təmizlənib, saxlanılanlar var

ABŞ-da Kapitoliya hazırkı prezident Trampın tərəfdarlarından təmizlənib, etirazçılar Konqres binasından çıxarılıb.

APA xəbər verir ki, bu barədə “Politico”nun müxbiri Huqo Loell Tvitter hesabında yazıb.

“Fox” televiziya kanalı da etirazçılar Konqres binasının Qərb və Şərq girişlərindən çıxarıldığını bildirib: “Konqres binasından çıxarılanlar bundan açıq şəkildə narazılığını bildirirlər”.

“Huffington Post” qəzetinin jurnalisti Metta Fuller qeyd edib ki, bina artıq təhlükəsizdir.

Kolumbiya polisi ən az 13 nəfərin nəzarətə alındığını açıqlayıb. Bildirilib ki, saxlanılanlar başqa şəhərlərdən gələn şəxslərdir.

CNN isə təxminən 20 nəfərin saxlanıldığı barədə məlumat yayıb.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR