• DÜNYA

    03:27 7 oktyabr 2019

Karateçi Rafael Ağayev: “Nəhayət ki, tilsimi qırdım” - MÜSAHİBƏ

Moskvada keçirilən “Karate 1” Premyer Liqa turnirinin qalibi Azərbaycan karateçisi Rafael Ağayev APA-nın Moskva müxbirinə müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

Rafael, uzun müddətdən sonra tilsimi qırdın, qızı medala sahib oldun, təəssüratlarını bizimlə bölüşərdin…

- Hər bir idmançı qızıl medal alanda təəssüratı çox gözəl olur. Eyni ilə mənim də. Bu il məhz bu yarışla tilsimi qırdım. Bu il keçirilən yarışlarda 4 dəfə final oyununda məğlub olmuşdum. İki dəfə də yarım finalda məğlum olmuşdum. Nəhayət ki, bu ilin sonunda mən qızıl medalı əldə elədim. Şükür olsun Allaha, təəssüratlar çox gözəldir. Artıq biz sabah vətənə, Azərbaycana yola düşürük. Vətəndə bir gün istirahət edib, sonra yenidən məşqlərə başlayacağam. Çünki boşalmaq olmaz, yarışlarımız çoxdur.

Bildiyiniz kimi, karate yay olimpiya oyunlarına daxil edilib. Ona görə də, hər yarışdan ballar toplayırıq ki, olimpiya oyunlarına lisenziya qazanaq. Bu yarışları udmaqla. olimpiya oyunlarına lisenziya şansımı daha da gücləndirirəm. Gələn ilin mart ayında hansı karateçilərin olimpiya oyunlarına lisenziya qazanacağı dəqiq bilinəcək. Hələ ki, olimpiya lisenziyasında ikinci pillədə qərarlaşmışam. Bu, məni qane edir. Mart ayına qədər ilk dördlükdə olmalıyam. Əlimdən gələni edəcəm ki, bu mövqeni qoruyub saxlayım. Olimpiya oyunlarına vəsiqə qazanmağım dəqiqləşəndən sonra, 10 gün istirahət edib, yenidən məşqlərə başlayıb, Olimpiya oyunlarıma hazırlaşacam.

Olimpiya oyunları yolunda qəqiblərin kimlərdir?

- Olimpiya oyunlarına bir başa vəsiqə qazanan karateçi hələlik bəlli deyil. Amma Azərbaycandan qadınlar arasında karateçi İrina Zaretskadır. Mənim də bu siyahıya düşmək şansım çoxdur. O biri karateçilərimizə də uğurlar arzulayıram. Rəqiblərim İtaliyadan Luici Bussa, Yaponiyadan Kenni Şnura, İrandan Bəhmən və Ukrayndan Hornadır. Amma mən də heç bir rəqibim üçün hədiyyə deyiləm. Əlimdən gələni edəcəm ki, rəqiblərimə qalib gəlim.

Neçə vaxt idi ki, məğlubiyyətlə qarşılaşdırdın, belə desək, bir müddət qızıl medala həsrət qalmışdın. Səncə, bu nə ilə əlaqədar idi?

- Yəqin ki, yorğunluqdan olub. Bu il məğlubiyyətlə üzləşdiyim dörd finalın hamısı çox mühüm yarışlar idi. Bunlardan ikisi, Premier Liqalar, dünya çempionatlarından da güclü yarışlar idi. Bir dəfə Avropa oyunlarında, bir dəfə də Avropa çempionatının finalında məğlub olmuşam. Şükürlər olsun ki, qismət bu günə imiş.

Moskvada keçirilən “Karate-1” Premyer Liqa turnirinin qalibi, çempion oldum. Güləşdə, cüdoda olimpiya lsenziyası biraz başqa cürdür. Karate ilk dəfə yay olimpiya oyunlarına daxil edildiyi üçün daha çətindir. Məni hələ bu yarışdan sonra qarşıda daha 8 yarış gözləyir ki, olimpiyadaya lisenziya qazanım. Çalışacam ki, ilk beşlikdə qalım. Əsas məsələ olimpiya oyunlarına lisenziya qazanmağımdır.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR