• DÜNYA

    11:16 30 mart 2019

Karib Dövlətlərinin Assosiasiyası Kubanın ABŞ tərəfindən blokadasını tənqid edib

Karib Dövlətlərinin Assosiasiyası Kubanın ABŞ tərəfindən blokadasını tənqid edib.

ONA xəbər verir ki, bu barədə “Prensa Latina” agentliyi məlumat yayıb.

Karib Dövlətlərinin Assosiasiyasının üzv ölkələri Kubanın ABŞ tərəfindən ticarət və iqtisadi embarqosuna qarşı çıxıb və 1996-cı ilin “Helms-Berton” qanununun istifadəsini tənqid edib. Bildirilir ki, bu qanun ABŞ-a ölkədə bizneslə məşğul olub, sərmayələri Kubaya yönəldən şirkətləri məhkəməyə vermə hüququ qazandırır.

Sammit iştirakçıları digər ölkələrin siyasətinə müdaxilə etməyi və münaqişələrin güc yolu ilə həllini rədd edərək, Latın Amerikasının və Karib hövzəsinin sülh ərazisi olduğunu bəyan edib.

Qeyd edək ki, ABŞ 1961-ci ildə Kuba ilə diplomatik əlaqələri dayandırıb.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR