• DÜNYA

    06:35 14 mart 2019

"Kasperski" Windows əməliyyat sistemlərinin necə sındırıldığını aşkarlayıb

Rusiyanın “Kasperski laboratoriyası” şirkəti “Wondows” əməliyyat sistemində əvvəllər məlum olmayan zəif nöqtəni aşkarlayıb. Məlum olub ki, bunun sayəsində hakerlər şəbəkəyə və ya zərərçəkmiş şəxslərin qurğularına daxil ola bilirmiş.

ONA-nın verdiyi xəbərə görə, bu barədə şirkətin rəsmi internet səhifəsində məlumat yer alıb.

Bu zəif nöqtədən yararlanmaq üçün kibercinayətkarlar Windows 8 və Windows 10 əməliyyat sistemlərinə hədəflənmiş şəbəkə hücumlarını həyata keçirən proqram hazırlayırmışlar. Həmin zəiflik hakerlərə hücumun yönəldiyi kompüterə aid bütün məlumatları əldə etməyə imkan yaradırmış.

Şirkət həmin əməliyyat sistemlərində aşkar olunmuş zəif tərəflər barədə bütün məlumatları “Microsoft” şirkətinə göndərib və bundan sonra sözügedən sistemlərdə yenilənmələr edilib.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR